Beynəlxalq Iqtisadiyyat Məktəbinin məzunları
Cavad Əliyev 2017-ci ildə TDV Bakı Türk Liseyini bitirdikdən sonra DİM-in keçirdiyi qəbul imtahanında 700 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin Maliyyə ixtisasına daxil olmuşdur. Bakalavr dövründə bir çox uğurlar qazanmış, “İqtisadçı” İntellektual Oyunlar Klubunun sədr heyətininin üzvü olmaqla yanaşı, maliyyə üzrə müxtəlif sertifikasiyalardan keçmiş, ABCC (Azerbaijan Business Case Competition) yarışmasında komandasıyla birlikdə finalist olmuşdur. Bakalavr təhsilini bitirdikdən sonra 1 il müddətində Big4 şirkətlərindən biri olan Deloitte şirkətinin Bakı filialında çalışmış, daha sonra isə magistr təhsili üçün dünyanın məşhur universitetlərinə müraciət etmişdir. LSE, Imperial, Manchester, Bristol, Warwick, Trinity College Dublin, Bonn, Goethe University Frankfurt universitetlərindən qəbul almış, təhsilini Warwick Universitetində davam etdirməyi seçmişdir. Hal-hazırda Warwick Business School-da maliyyə üzrə magistr təhsili alır.
İsrayıl Ələkbərov – 2015ci ildə Amerikada FLEX və 2019cu ildə Azərbaycan Dövlət İqtisad Universiteti məzunu olmuşdur. Bakalavr təhsilinin bir semestrini Erasmus+ proqramı çərçivəsində tam təqaüdlə Böyük Britaniyanın Leicester Universitetində növbəti universitet təcrübəsini yaşamışdır. Bununla da kifayətlənməyib 2020cu ildə ABŞda University of Tulsa-da Biznes Analitikası üzrə magistr təhsil bitirmişdır. Maqistr təhsili dövründə Love’s Business Case yarışmasında universitetini təmsil etmişdir və ikinci yeri qazanmışdır.
Peşəkar karyerası dönəmində marketing və biznes analitika sahəsi üzrə bir çox yerli və xarici şirkətlərdə çalışmışdır.
Hal-hazırda isə dünyada öz sahəsində reytinqlər siyahısında ən yüksək şirkətlərdən biri olan Thermo Fisher Scientific şirkətində Marketing and Audience Development Analyst olaraq çalışır.
Nicat Behbudov 2018-ci ildə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbini (İSE) bitirib, sonra isə University of Pittsburgh-da 2 ilə MBA dərəcəsini almışdır. Maqistraturaya daxil olmadan öncə Nicat Behbudov Azərbaycanda Procter and Gamble şirkətində brend meneceri kimi, Formula 1 oyunlarında isə IT mütəxəssisi kimi çalışmışdır. Hal- hazırda Amerikada, Silikon Vadisində yaşayır və Electronic Arts şirkətində video oyun texnologiyaları və proqram təminatı üzrə “Product Manager” vəzifəsində çalışır.
Nuranə Ağazadə 2016-ci ildə UNEC-in Beynəlxalq iqtisadiyyat məktəbinin (İSE) məzunudur.
Nuranə Azərbaycanda kiçik bir startap şirkətində 1 illik iş təcrübəsindən sonra xaricdə magistraturaya müraciət etmək qərarına gəlmişdir. 2017 Sentyabr ayında Budapeşt Biznes Məktəbi tərəfindən qəbul olunmuş və onun təqaüdü Stipendium Hungaricum tərəfindən təmin edildi.
2017-ci ilin dekabr ayında təhsil aldığı müddətdə GE – Global Operations şirkətində təcrübəçi kimi fəaliyyətə başlamışdır. 2018-2019 il ərzində fəaliyyət göstərmiş və Mühasib vəzifəsinə yüksəlmidir.
Nuranə Ağazadə 2020-ci ilin yanvarından Morgan Stanley-də Analitik vəzifəsinə başlamışdır. Məzunumuz Hüquqi Şəxslərin Tənzimləmə Hesabatları komandasına qoşulmuş və hələ də orada iş fəaliyyətini davam edir. Bir il ərzində əldə etdiyi nailiyyətlərə görə şöbə müdiri və 2023-cü ildə isə artıq direktor səviyyəsinə yüksəlmişdir. Hal-hazırda Morgan Stanley Frankfurt komandasında direktor vəzifəsində çalışır.
Rəşad Axundzadə 2020-ci ildə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin Dünya İqtisadiyyatı ixtisası üzrə məzun olmuşdur. Təhsil aldığı müddətdə Deloitte, SOCAR AQŞ və BAVZA kimi bir sıra yerli və xarici şirkətlərdə marketinq və risk analitikası sahələrində işləmiş, həmçinin Azerbaijan Business Case Competition və Stock Pitch Competition-larında UNEC-i təmsil edərək, müvafiq olaraq, 1-ci və 2-ci yerləri qazanmışdır. Eyni zamanda, bakalavr təhsilinin bir semestrını Erasmus+ proqramı çərçivəsində tam təqaüdlə Böyük Britaniyanın Leicester Universitetində başa vurmuşdur. 2020-2021-ci illər arasında ABŞ-ın Tulsa Universitetinin Biznes Analitikası ixtisası üzrə tam təqaüdlə təhsil almış və magistr proqramını maksimal ÜÖMG göstəricisi ilə (4.0/4.0) tamamlamışdır. Magistr təhsili dövründə Tulsa Universitetinin Marketinq və Menecment Fakültəsində və Kanadanın The Big Leaf startapında menecment və marketinq analitikası sahələrində işləmişdir. Hal-hazırda Forbes 500 siyahısına əsasən dünyanın ən böyük 20 şirkətləri sırasında olan Anthem (Elevance Health) şirkətində Senior Marketinq Analisti vəzifəsində çalışır.
Turqay Mənaf oğlu Nəsirli – Azərbaycan Dövlət İqtisad Universitetindən 2022-ci ildə məzun olmuşdur. İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən keçirilən sertifikasiya imtahanlarından altısını uğurla tamamlayıb, həmçinin, 2 imtahan üzrə Azərbaycan birincisi, digər 2 imtahan üzrə isə fərqlənmə diplomu əldə edib. 2020-ci ildə Erasmus+ proqramı vasitəsi ilə Macarıstanın Dunaujvaros Universitetində 1 semestrlik mübadilə proqramında iştirak edib və həmin ili əla qiymətlərlə bitirib. 2020-ci ildə keçirilən Ümummilli lider Heydər Əliyevin 97 illik yubileyinə həsr olunmuş Gənc Tədqiqatçıların üçüncü Beynəlxalq konfransında elmi məqalə ilə çıxış edib. 2021-ci ildən fakültənin baş mentoru kimi də fəaliyyət göstərmişdir. Böyük İpək Yolu Gənclər Təşkilatı tərəfindən keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bilik yarışında və İrəli İctimai Birliyi tərəfindən keçirilən Strateji Menecment Məktəbində ikinci yerə layiq görülüb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan “Mən Azərbaycanlıyam” milli intellektual bilik yarışında həftənin qalibi seçilib. ABŞ təhsilli Azərbaycan Alumni Assosiasiyası tərəfindən həyata keçirilən “Azərbaycan Business Case Competition 2022” yarışmasında qalib komandanın üzvüdür. Təhsilinin son ilində “Deloitte & Touche” MMAC auditor kimi fəaliyyət göstərmişdir. 2021-ci ildə elm, təhsil və gənclər siyasətindəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” adını və pul mükafatını qazanmışdır. Hal-hazırda DAAD (Alman Akademik Mübadilə Xidməti) təqaüdü ilə Almanyanın Bonn universitetində magistr təhsili alır.