ƏMƏKDAŞLAR

Direktor müavini:
i.f.d., dos. Rzayeva İnara Rza qızı
Əlaqə telefonu: +(994) 12 492-60-91
+(994) 12 492-59-03 (11-54)
e-mail: [email protected]

Beynəlxalq Iqtisadiyyat Məktəbi haqqında

Beynəlxalq İqtisadiyyat Məktəbi haqqında

Beynəlxalq İqtisadiyyat Məktəbi UNEC-in  intensiv beynəlmiləlləşdirmək və təhsil standartlarını Qərb universitetlərində mövcud olan standartlara çatdırmaq strategiyasının tərkib hissəsi kimi yaradılmışdır. İSE-də tədris prosesinin  ingilis dilində keçirməklə yanaşı, Məktəb Universitet daxilində model rolunu oynayır, çünki bütün yeni təhsil strategiyaları ilk olaraq orada təqdim və tətbiq edilir.

ISE-nin bütün tədris proqramları, tədris materialları, eləcə də tədris metotodikası tanınmış Qərb Universitetlərinə  uyğunlaşdırmışdır.

Məktəb geniş sahə biliyinə malik olan Qərb Universitetlərinin məzunlarını tədris prosesinə  cəlb etmək strategiyasını həyata keçirir. İSE-nin nəznində olan “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının professor-müəllim heyəti Kembric Universiteti, London İqtisadiyyat və Siyasət Elmləri Məktəbi, Warwick Universiteti, Qlazqo Universiteti, Mayami Universiteti, Marsel Universiteti və digər universitetlərin məzunlarıdır.

İSE-də tədris edənlər arasında “Beynəlxalq iqtisadiyat və biznes” kafedrasının stat müəllimləri ilə yanaşı, müxtəlif illərdə dəişilərək  bank və sığorta şirkətləri üzrə baş direktor müavini, Azərbaycan Mərkəzi Bankının, SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), ARDNF-nin (Azərbaycan Dövlət Neft Fondu) departament rəhbərləri, şirkət rəhbərləri və digər praktiki şəxslərdir.

 İSE yarandığı gündən burada Azərbaycan vətəndaşı olan gənclərimizlə bərabər xarici vətəndaşlar da təhsil alır.  Müxtəlif illərdə İSE də ABŞ, Türkiyyə, Russiya, Pakistan, Küveyt,  İran, Əfqanistan, Qazaxıstan, Gürcüstan, Nigeriya, Liviya, Antiqua və Barbadu və digər ölkələrin vətəndaşları təhsil alıb yaxud hal-hazırda təhsilini davam edir.

 İSE 2017-ci ildən etibarən Muhasibat Uçotu ixtisası ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) tərəfindən tam akkreditasiya alıb. Fakültənin Mühasibat Uçotu ixtisası fənləri, imtahan prosedurları və imtahan sualları ən yüksək beynəlxalq tələblərə uyğun olaması təstiqlənərək tələbələrə ACCA imtahanlarından azadolmalar təqdim edilib. Belə ki, tələbələr fakültədə fənləri oxuyub, müvafiq sənədləri təqdim edərək ACCA kvalifikasiyalarını da əldə edirlər.

ISE də hal-hazırda 750 tələbə tədris alır. Onlardan 34 Prezident təqüdçüsüdür.

İSE tələbələri UNEC də mövcud olan Montpellier Universiteti ilə ikili diplom, Erasmus mübadilə proqramlarda aktiv iştirak edirlər.

İSE tələbələri Məktəbin ilk yaranan gündən müxtəlif milli və beynəlxalq yarışma və müsabiqələrdə iştirak edərək daimi yüksək mükafatlar qazanırlar. Bu yarışmalardan ən mühüm olanları “Azerbaijan Business Case Competition” (ABCC) və Enactus müsabiqəsidir.

İSE məzunları UNEC-i bitirəndən sonar öz təhsillərini öndə olan xarici universitetlərdə davam edirlər.Copenhagen Business School, Norwegian Business School, George Washington University, Vrije de Bruxelles, Kiel University, Univeristy of Bonn, University of York, Drexel University, Warwick University və müxtəlif Şərqi və Mərkəzi Avropanın tanınmış xarici universitetlərdə öz təhsillərini davam edirlər.

Bir çox məzunlarımız  Deloitte,  KPMG, EY,  PWC, SOCAR AQS, PAŞA Bank, Rabitəbank, Baker Tilly Azərbaycan,  Kapital Bank,  Paşa Həyat Sığorta ASC,  Mcdonalds Azerbaijan,  P&G,  Grant Thornton Azerbaijan və diqər şirkətlər tərəfindən işə dəvət olunublar.

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?